Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:31

Məhəmməd Qurbanovla ailəsinin görüşünə hələ də icazə verilmir


Bu il sentyabrın 11-dən Ruhi Xəstəliklər Dispanserinə yerləşdirilən Naxçıvan şəhər sakini, kiçik sahibkar Məhəmməd Qurbanovla ailəsinin görüşünə hələ də icazə verilmir.

Bunu AzadlıqRadiosuna onun xanımı Fəridə İsmayılova deyib.

Ailəsi M.Qurbanovla görüşə bilmədiyindən onun vəziyyəti haqqında müxtəlif şübhələr var.

Kiçik sahibkar, 2-ci qrup əlil Məhəmməd Qurbanov Sədərək gömrük-keçid məntəqəsindəki rüşvətxorluq halları, məntəqənin işindəki nöqsanlar barədə dövlət qurumlarına şikayət etdiyinə görə, bu il sentyabrın 11-dən Naxçıvan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Ruhi Xəstəliklər Dispanserinə yatırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG