Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:21

Gürcüstanda yeni "Berlin Divarı" qurulur


Keçmiş avropalı siyasi xadimlər xəbərdarlıq edir ki, Gürcüstanda yeni "Berlin Divarı" qurulur.

Keçmiş Çexiya prezidenti Vaslav Havel və Avropa Parlamentinin deputatı Daniel Chon Bendit də daxil olmaqla məktuba 12 nəfər imza atıb.

Məktuda deyilir ki, Rusiyanın Gürcüstanın iki əyalətini de fakto işğal eləməsiylə, qitənin yarısının azad edilməsindən 20 il sonra, Avropada yeni "Berlin Divarı" qurulur-bu dəfə suveren Gürcüstan ərazisində.

Məktub müəllifləri Avropa Birliyi ölkələrini Gürcüstanın öz ərazi bütövlüyünü dinc yolla bərpa etməsinə kömək məqsədilə aktiv strategiya müəyyən etməyə çağırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG