Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:55

Heç kimin İrana hücum etməyə cürəti çatmaz


Heç bir ölkənin İrana hücum etməyə cürəti çatmaz.

Bunu İran prezidenti Mahmud Əhmədinejad İraq-İran müharibəsinin növbəti ildönümü münasibətilə keçirilmiş hərbi paradda çıxış edərkən deyib.

Birləşmiş Ştatlarla İsrail bundan əvvəl İranın nüvə obyektlərinin vurulmasının mümkünlüyünü istisna etməmişdilər.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehransa nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Mahmud Əhmədinejad BMT-nin baş assambleyasının sesiyasında iştirak etmək üçün bu gün Nyu-Yorka gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG