Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:17

Sarkisyanın başıbəlalı müsahibəsi


Sentybarın 21-də «Moskovski Komsomolets» Serj Sarkisyanla müsahibə dərc etmişdi

Sentybarın 21-də «Moskovski Komsomolets» Serj Sarkisyanla müsahibə dərc etmişdi

Ermənistanın Prezident Aparatının narazılığından sonra «Moskovski Komsomolets» qəzeti sentyabrın 22-də Ermənistan prezidenti Serj Sarkisyandan üzr istəyib.

Qəzetin baş redaktorunun müavini Vadim Poeqli «İnterfaks»a deyib:

«Faktiki olaraq Sarkisyan «Moskovski Komsomolets»ə müsahibə verməyib. Çapa hazır olmayan məqalə redaktorun səhvi üzündən dərc edilib. Məqalə Sarkiysanın müxtəlif bəyanatlarından çıxarışları səhv yozub».

Baş redaktorun müavini Poeqli daha sonra deyib: «Qəzetin bütün redaksiya heyəti Ermənistan prezidentini və xalqını müstəqillik günü ilə bağlı bir daha təbrik edir».

Sentybarın 21-də «Moskovski Komsomolets» Serj Sarkisyanla müsahibə dərc etmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG