Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:57

BMT-dən İrana xüsusi nümayəndə təyin etmək istədi


İnsan haqları qrupları BMT-ni İrana xüsusi nümayəndə təyin etməyə çağırıb. Qrup nümayəndənin İranda prezident seçkilərindən sonra insan haqlarının pozulması hallarını araşdırmasını istəyir.

Human Rights Watch və İranda İnsan Haqları üzrə Beynəlxalq Kampaniya bildirib ki, 12 iyun seçkilərindən sonra İranda azı 72 nəfərin toqquşmalarda öldüyü hesab olunur.

Hər iki qurum bildirib ki, İran hökuməti dinc aksiyaçılara qarşı «qanuna zidd ölümcül qüvvə» dən istifadə edib, insanları həbsə salıb, məhbuslardan güclə etiraflar alıb, işgəncə və zorlanma halları olub.

İran hökuməti bu ittihamları qəbul etmir, onların əsassız olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG