Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:20

Q.Zahidin həbsinin əsas səbəbkarını polis saxlayıb


Qənimət Zahid 2007-ci ildə 4 il müddətinə azadlıqdan məhrum edildi
Qənimət Zahid 2007-ci ildə 4 il müddətinə azadlıqdan məhrum edildi
«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin həbsində yaxından adı keçən Sevgiladə Quliyeva saxlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyib ki, Sevgiladə Quliyeva saxlanarkən onun üzərindən narkotik maddə aşkarlanıb:

«1975-ci il təvəllüdlü Sevgiladə Quliyevanı Xətai rayon polis idarəsinin əməkdaşları saxlayıblar. Onun üzərindən heroin aşkarlanıb. Birdə o xəstəxanaların birində vətəndaşın əl çantasından qızıl və zinət əşyalarını oğurlamaqda günahlandırılır. Hazırda istintaq gedir».

Polis axtarışında olan Sevgiladə Quliyeva. İyul 2008
Sevgiladə Quliyevanın adı bundan əvvəl «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin həbsində keçirdi. İstintaqın iddiasına görə, Vüsal Qasımov Qənimət Zahidin məhz Sevgiladə Quliyevaya sevgi komplimenti söyləməsindən sonra onunla dalaşmışdı.

Bundan sonra baş redaktor 2007-ci ildə 4 il müddətinə azadlıqdan məhrum edildi.

Ancaq Qənimət Zahidin vəkilləri iddia edirdilər ki, bu, baş redaktora qarşı qurulmuş oyundur. Əslində Sevgiladə Quliyeva polis axtarışındadır, istintaq Qənimət Zahidi şərləmək üçün ondan və Vüsal Qasımovdan istifadə edib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Qənimət Zahidin, eləcə də həbsdə olan digər jurnalistlərin məhz peşə fəaliyyətinə görə həbs edildiyini bildirir və dərhal azad olunmalarını tələb edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG