Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:18

Əfqanıstan prezidenti ABŞ-ın mövqeyini dəstəkləyir


Əfqanıstan prezidenti Həmid Kərzayi ABŞ komandanın qiymətləndirməsini dəstəkləyib.

ABŞ-ın və NATO-nun Əfqanıstandakı komandanı Stenli Makkristal Əfqanıstana əlavə qoşun göndərməyə ehtiyac olduğunu deyib, bildirib ki, əks təqdirdə Talibana qarşı mübarizə itirilmiş olar.

Həmid Kərzayi CNN televiziyasına müsahinəsində Makkristalın qiymətləndiməsinin «düzgün yanaşma» olduğunu deyib.

Makkristalın məxfi hesabatı «Washington Post» qəzetində nəşr olunub. Ağ Ev hazırda bu hesabatı araşdırır və Əfqanıstana əlavə qoşun göndərməyi götür-qoy edir.

ABŞ –ın Əfqanıstanda 62 minlik qoşunu var.

Günün bütün mövzuları

XS
SM
MD
LG