Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:11

Amerikalı komandan məxfi sənəddə əlavə qoşun istəyir


Əfqanıstandakı Amerika və NATO qoşunlarının komandanı məxfi sənəddə xəbərdarlıq edib ki, Əfqanıstana əlavə qoşun göndərilməsə, missiya iflasa uğrayacaq.
General Stenli Makkristalın müdafiə naziri Robert Qeytsə yazdığı raportun surətini Vaşinqton Post qəzeti əldə edib.
Qəzet yazır ki, bu həftələrdə Makkristal əlavə qoşun istəyəcək.
Prezident Barak Obama deyib ki, o əlavə qoşun barədə heç bir qərar verməyib.
Hazırda Əfqanıstanda 68 min Amerika əsgəri var.
XS
SM
MD
LG