Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:45

De Villepin məhkəmə qarşısına çıxarıldı


Fransanın keçmiş baş naziri Dominik de Villepin bu gün məhkəmə qarşısına çıxarılıb. O indiki prezident Nikola Sarkoziyə qarşı gözdən salma kampaniyası aparmaqda ittiham olunur.
İddia olunan həmin kampaniya vaxtı Sarkozi hələ prezident deyildi. Hadisələr 2004-cü ildə olub.
İttihama görə, Jak Şirak prezidentlikdən gedəndə hakim partiya sədrliyi və prezidentlik uğrunda de Villepinlə Nikola Sarkozi arasında gedən rəqabətdə Villepin gizli şəkildə Sarkozini nüfuzdan salmaq kampaniyası aparıb.
İttiham təsdiqlənsə, 55 yaşlı de Villepini 5 il həbs və 45 min avro cərimə gözləyir.
Villepin bütün ittihamları rədd edir.
Məhkəmə oktybarın 23-də bitməlidir, ancaq yekun qərara aylarla vaxt tələb olunacağı gözlənilir.
Villepin 2003-cü ildə BMT-dəki çıxışı ilə bütün dünyada məşhurlaşdı. O həmin çıxışda Amerikanın başçılığı ilə İraqa hərbi müdaxiləni pisləyirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG