Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:30
Azərbaycandan Rusiyaya və əks istiqamətə gedən qatarların hərəkəti dayanıb. Bu barədə AzadlıqRadiosuna Dəmir Yol İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Nadir Əzməmmədov bunu Şimalı Qafqaz dəmir yol xətlərini sel basması ilə izah edib:

«Bizə doğru hərəkət edən Bakı-Tümen və Kiyev-Bakı qatarları Dağıstanın Qızılyurd stansiyasında dayanıb. Bakıdan Tumenə hərəkət edən qatarlar isə Mahaçqalada dayanıb. Artıq tərəflər arasında danışıqlar başlayıb Şimal Qafqaz Dəmir Yol İdarəsinin rəhbərliyi bizə zəng vuraraq təklif edib ki, sərnişinləri avtobuslarla daşıyaq. Yəni Bakı-Tumen və Kiyev-Bakı qatarlarının sərnişinləri avtobuslarla Mahaçqalaya gətiriləcək, Bakıdan Tumenə hərəkət edən qatarın sərnişinlərini isə avtobusla Qızılyarda keçirəcəklər».

Dağıstanda leysan yağışlarının dəmir yolu xətlərini sıradan çıxarması nəticəsində «Sovxoz-Komsolets» kəndinin ərazisində yük qatarı relsdən çıxıb və tikinti materialları daşıyan səkkiz vaqon, o cümlədən lokomotiv aşıb.

Rusiya FHN-inin yerli bölməsinin verdiyi məlumata görə, qəza nəticəsində yolun 150-200 metrlik hissəsi sıradan çıxıb. Hazırda FHN-in operativ qrupu qəzanın nəticələrini aradan qaldırmaqla məşğuldur.

Günün bütün mövzuları

XS
SM
MD
LG