Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:00

Keçmiş baş nazirin məhkəməsi başlayır


Bu gün Parisdə Fransanın keçmiş baş naziri Dominik de Villepinin məhkəməsi başlayır. Onu indiki prezident Nikola Sarkozini hələ prezidentliyə namizəd olduğu vaxt nüfuzdan salmağa cəhddə ittiham edirlər.

Vileppin Sarkozi ilə birlikdə 2007-ci ildə Mühafizəkarlar Partiyasının namizədi olmaq üçün mübarizə aparırdı.

Keçmiş baş nazir günahsız olduğunu deyir. İttiham sübut olunsa, onu beş ilə qədər həbs gözləyir.

2004-cü ildə Nikola Sarkozinin adı xaricə silah satışında rüşvət alan siyasətçilər və biznesmenlərin siyahısında idi. Araşdırma zamanı bu məlumat təsdiqini tapmadı. Vileppinin məhkəməsi araşdırır ki, keçmiş baş nazirin bu yalnış informasiyanın yayılmasında rolu olub, yoxsa yox.

XS
SM
MD
LG