Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:00

Qatarların hərəkəti bərpa olunub


Bakı vağzalından aldığımız məlumata görə, burada sərnişinlər artıq bir neçə saatdır qatar gözləyirlər

Bakı vağzalından aldığımız məlumata görə, burada sərnişinlər artıq bir neçə saatdır qatar gözləyirlər

Artıq qatarların hərəkəti bərpa olunub.

Sentyabrın 21-də elektrik enerjisinin kəsilməsi üzündən ölkə ərazisində hərəkət edən qatarlar Hacıqabul rayonunda dayanmalı olmuşdu.

Bu barədə AzadlıqRadiosuna Ağstafa-Bakı qatarının sərnişinlərindən biri - Akif Mehdiyev məlumat verib. O deyib ki, aramsız yağan yağış elektrikin kəsilməsinə səbəb olub. Sel reyslərin üstünü basıb:

«Sərnişinlərdən narahat olanlar var. Hamı tələsir, kim tələsmir ki? Kimi təyyarəyə gecikir, kimi başqa bir qatara…»

Akif Mehdiyev deyir ki, onların qatarı səhər tezdən Bakıya çatmalı idi. Ancaq hələ də Hacıqabul ərazisində qalmaqdadırlar.

Gündüz saat 12 radələrində isə Akif Mehdiyevdən aldığımız məlumata görə hadisə yerində mövcud problemin aradan qaldırılması ilə bağlı işlər görülməkdədir. Akif Mehdiyev deyir ki, artıq onların qatarını teplovoza qoşaraq sel basan ərazidən çıxarıblar.

Bakı vağzalından aldığımız məlumata görə, burada sərnişinlər artıq bir neçə saatdır qatar gözləyirlər. Gecikmənin səbəbi ilə bağlı məlumat büroları hər hansı informasiya vermirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG