Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:02

Belqradda gey paradı təxirə salındı


Serbiyanın paytaxtı Belqradda son dörd gündə ikinci dəfədir ki, xarici vətəndaşa hücum olub. Bu dəfə avstraliyalı 25 yaşlı turisti şəhərin mərkəzində parkda döyüblər. Turist başında yüngül zədə alıb.

Bundan əvvəl Belqradda 28 yaşlı fransızı futbol fanatları ölümcül döymüşdülər.

Bu hadisələrə görə, hökumət Belqradda nəzərdə tutulan geylərin paradını təxirə salmalı olub, hökumət rəsmiləri deyiblər ki, ekstremistlərin hücum etməyəcəklərinə zəmanət verə bilmir.

Axırıncı dəfə Serbiyada gey paradı 2001-ci ildə olmuşdu, həmin vaxt sağçı ekstremistlər tədbir iştirakçılarına hücum etmişdi, qarşıdurma baş vermişdi.

XS
SM
MD
LG