Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:51

Həmid Kərzai talibançıları bir daha sülhə çağırıb


Əfqanıstan prezidenti Həmid Kərzai Ramazan bayramı günü bir daha Talibanı sülhə çağırıb.

O bütün yaraqlıları döyüşü dayandırmağa, öz məmləkətləri və soydaşlarını məhv etməkdən əl çəkməyə çağırıb.

Həmid Kərzai deyib ki, onlar öz evlərinə qayıtmalı və sülh içində yaşamalıdılar.

Kərzai qeyd edib ki, əgər prezident seçkilərində onun qələbəsi təstiqlənsə talibançılarla danışıqlara gedəcək.

Talibançıların lideri Molla Məhəmməd Ömər bundan əvvəl Əfqanıstandakı xarici qüvvələrin uduzduğunu və onların ölkənin hərbi tarixindən dərs götürməli olduqlarını bəyan eləmişdi.
XS
SM
MD
LG