Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:54

Taliban lideri xarici qüvvələrin uduzduğunu deyir


Birləşmiş Ştatlar və Əfqanıstandakı beynəlxalq kolaisiya qüvvələri Əfqanıstan taliblərinin lideri Molla Məhəmməd Ömərin bəyanatını şərh etməyiblər.

Taliban hərəkatının internet saytlarından birində Molla Ömərin adından bəyanat yayılıb.

Əfqanıstandakı xarici qüvvələrin məğlub olduğunu deyən Molla Məhəmməd Ömər qeyd edir ki, beynəlxalq qüvvələr Əfqanıstanın hərbi tarixindən dərs götürməliydilər.

Amerika komandanlığı hesab edir ki, Molla Məhəmməd Ömər Əfqanıstanın işğalından sonra qonşu Pakistanda gizlənir.
XS
SM
MD
LG