Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:38

Ayı 9 adamı yaraladı


Yaponiyada bir ayı ölkənin mərkəzi yollarından birində doqquz adamı yaralayıb. Bundan sonra isə bir hədiyyə dükanına girən ayını vurub öldürüblər.

Hadisə sentyabrın 19-da paytaxt Tokyonun 230 kilometrliyindəki kiçik Nyukava şəhərində baş verib. 1.3 metr hündürlüyündə olan qara ayı əvvəlcə avtobus vağzalında turistlərə hücum edib. Sonra isə vağzalın gözləmə zalına çıxaraq orada suvenir mağazasına girib. Mağazada isə onu təhlükəsizlik xidmətinin əməkdaşı güllələyərək öldürüb.

Ayının hücum etdiyi doqquz adamın yarası o qədər də təhlükəli deyil.

Soçidə isə iki leopardı saxlandıqları qəfəsdən təbiətə buraxıblar. Bunun üçün dünən keçirilən xüsusi mərasimdə Rusiyanın baş naziri Vladimir Putin də iştirak edib.

Rusiya pişikkimilərin Qafqaza buraxılması üçün xüsusi proqram həyata keçirir.

Həddən artıq öldürüldüyündən Qafqaz leopardı 1920-ci illərdən bu regionda qurtarmışdı. Dünən təbiətə buraxılan iki dişi leopardı isə Türkmənistan prezidenti Qurbanqulu Bedumuhammedov təyyarə ilə Soçiyə göndərmişdi. Onları Türkmənistanda tutublarmış.

Bu, xüsusi təbiətin qorunması proqramı 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiadası ilə əlaqədar həyata keçirilir. Onun yavaş-yavaş Soçidəki milli parkda yayılması nəzərdə tutulur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG