Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:08

Rəssamlar tikintiyə gedən yolu bağlayıb, qarşıdurma yaranıb


Sentyabrın 19-da Inşaatçılar prospekti 28 ünvanında yerləşən və «Rəssamlar evi» kimi tanınan binan sakinləri ilə polis arasında qarşıdurma yaranıb.

Əksəriyyəti rəssamlar olan bina sakinləri deyir ki, son illər onların gözü qarşısında əvvəl meyvə bağını qıraraq yerində «XXl əsr» adlı 6 mərtəbəli özəl tədris mərkəzi tikiblər. Sonra da sakinlərin suvarıb becərdiyi ağaclar olan qalan hissəni həmin məktəbin ərazisinə qatıblar.

Bu günlərdə isə həyətdə tədris mərkəzinin yeni korpusunu tikməyə başlayıblar.

Onlar da buna etiraz edərək öz maşınları ilə həyətə girən yolu balayıblar. Tikinti sahibi isə sakinləri oradan qovaraq yolu acmaq üçün əraziyə polis çağırıb.

Nəticədə qarşıdurma yaranıb. Gecə saat 23 radələrində biz orada olanda da necə deyərlər tikintidə şıdırğı iş gedirdi. Artıq bir neçə mərtəbəsi ucaldılan yeni korpusda işin gecə davam etməsinə şərait yaradan gur yanan fənərlar bütün həyəti işıqlanldırırdı.

Əhali işığın onların rahatlığını pozduğunu dönə-dönə desə də, ətrafda dayanan polis əməkdaşldarı sadəcə bu mənzərəni seyr etməklə kifayətlənirdilər.

Sakinlər bütün tələblərinə baxmayaraq onlara tikintininin aparılmasına rəsmi icazə verilməsi barədə heç bir sənəd göstərilmir.

Binanın bir qrup sakini artıq yasamal rayon prokurorluğuna rəsmi müraciət edib. Onlar Heydər Əliyev Fondunun prezidenti, depuat Mehriban Əliyevaya da məktub göndəriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG