Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:48

İranda azərbaycanlı jurnalist həbs olunub


Umud Şükrü
İranda azərbaycanlı jurnalist və tərcüməçi Umud Şükrü həbs olunub. O, son vaxtlar Türkiyənin İzmir şəhərində təhsil alırdı. Ailəsini görmək üçün Ərdəbilə gələn jurnalisti sentyabrın 16-da İranın xüsusi xidmət orqanı (ETTELAAT) tutub.

Bu barədə məlumatı AzadlıqRadiosuna İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının əməkdaşı Yaşar Həkkəkpur verib:

«O, İranda azərbaycanlılara qarşı haqsızlıqlar, ayrı-seçkilik edilməsinə dair məqalələr yazırdı. Onu 2006-cı ilə qədər «Sayan» dərgisinə yazdığı yazılarına görə həbs ediblər».

Y.Həkkəkpur deyir ki, «jurnalistə qarşı ittiham irəli sürülməyib və rəsmi şəkildə ailəsinə heç bir məlumat verilməyib. Sentyabrın 19-da onun məhkəməsi olacağı deyilir, amma dəqiq yenə də heç nə bilinmir».

U.Şükrü 2001-2006-cı illərdə Ərdəbildə nəşr olunan «Sayan» jurnalının baş redaktoru olub. Mədəniyyəti təbliğ edən, 3 dildə - ingilis, fars və Azərbaycan dillərində nəşr olunan jurnal sonradan İran hakimiyyəti tərəfindən bağlanıb. Jurnal 50-yə yaxın müxtəlif mükafatlar alıb.

Bu arada İzmirdəki Azərbaycan Mədəniyyət Mərkəzi bəyanat yayaraq U.Şükrünün həbsini pisləyib. Mərkəz bildirir ki, «Şükrünün başına bir hadisə gəlsə, İran hakimiyyəti cavabdeh olacaq».

Şərhləri göstər

XS
SM
MD
LG