Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:59

«Müstəqil mətbuat korrupsiya ilə mübarizə üçün vacibdir»


ABŞ Dövlət katibinin müavini Uilyam Berns
ABŞ Dövlət katibinin müavini Uilyam Berns
«Azərbaycan hökuməti korrupsiya ilə mübarizənin milli strategiyaya daxil edildiyinə inandırır. Ancaq müstəqil mətbuat olmadan bunu necə edə bilər?».

Bunu ABŞ Dövlət katibinin müavini Uilyam Berns Azərbaycan rəsmilərinə sual edib. O, sentyabrın 18-də Vaşinqtonda Corctaun Universiteti və Azərbaycanın ABŞ səfirliyinin təşkil etdiyi konfransda çıxış edib.

«Azad mətbuat və güclü vətəndaş cəmiyyəti korrupsiya ilə mübarizənin və vətəndaşları müdafiə etməyin ən səmərəli vasitəsidir. Müxalifət jurnalistlərinin davamlı həbsi, o cümlədən xarici radiostansiyaların – AzadlıqRadiosu, «Amerikanın səsi» və BBC-nin yayımının dayandırılması bu sahədə ciddi narahatlıq doğurur».

U.Berns «Transparency International»ın hesabatına istinadən Azərbaycanın dünyanın ən çox korrupsiyalaşmış ölkələrdən biri olduğunu xatırladıb, deyib ki, korrupsiya əlavə vergi kimi kiçik biznesə ağır yükdür :

«O, qanunçuluğu və hüquq-mühafizə orqanlarını içindən dağıdır».

Amerika rəsmisi deyir ki, demokratik dövlətlərdə bu kimi hallar cəzasız qala bilməz:

«Biz Azərbaycanın bazar iqtisadiyyatı olan demokratik dövlət olmasını istəyirik. Biz onun qonşularla sülh şəraitində yaşamasını və regiona sabitlik gətirməsi üçün mühüm rol oynamasını istəyirik. Bu, yalnız Azərbaycanın şəxsi marağında deyil, həm də bizim ümumi mənafeyə uyğundur».

U.Berns deyir ki, ABŞ Azərbaycanın qeyri-neft sektoruna daha çox investisiya qoymaq istərdi:

«Amerika şirkətləri yeni texnologiyalar və peşəkar vərdişləri ilə Azərbaycan iqtisadiyyatının diversifikasiyasına kömək edə bilərlər».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG