Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:22

İraq-Suriya danışıqları nəticə verməyib


İraq və Suriya xarici işlər nazirlərinin iki ölkə arasındakı münasibətlərdə gərginliyin azaldılmasıyla bağlı Ankarada apardığı danışıqlar nəticə verməyib.

İraq hökumətinin nümayəndəsi deyir ki, Suriya Bağdadda törədilmiş partlayışların təşkilində şübhəli bilinən iki nəfərin verilməsilə bağlı İraqın tələbini rədd edib.

İraqın hakim dairələri deyir ki, bu terror aktlarını araşdırmaq üçün beynəlxalq tribunal yaradılmasına nail olmağa çalışacaq.

Bu yaxınlarda Bağdadda törədilmiş terror aktlarında 100-ə yaxın adam ölüb.
XS
SM
MD
LG