Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:48

Heykəllər xiyabanına toplanacaq əsərlərin siyahısı müəyyənləşdirilir


Mədəniyyət və Turizm Nazirliyi prezident İlham Əliyevin «Monumental və heykəltəraşlıq abidələrinin qorunması» barədə sərəncamına uyğun olaraq ölkə ərazisində araşdırmalara başlayıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ANS-ə açıqlamasında yaradılması nəzərdə tutulan Heykəllər xiyabanına toplanacaq əsərlərin siyahısının müəyyənləşdirildiyini bildirib. O deyir ki, hər hansı nümunənin incəsənət, yaradıcı nöqteyi-nəzərindən əhəmiyyəti varsa, onlar xüsusi ayrılmış yerə toplanacaq.

«Əgər bunun əhəmiyyəti yoxdursa, onda Bakı şəhər İcra Hakimiyyəti xüsusi bir yer ayıracaq. Artıq götürülmüş Karl Marks, Məşədi Əzizbəyov, Çaparidzenin heykəlləri müəyyən yerdə saxlanılır. Parkın yeri bəlli olandan sonra bu abidələr ora yerləşdiriləcəklər», - deyə nazir qeyd edib.

Park insanların gəliş-gedişi üçün açıq olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG