Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:18

Şahdağ Qış-Yay Turizm Kompleksinin təməlqoyma mərasimi keçirilib


Prezident İlham Əliyev kompleksin maketinə baxıb

Qusarda Şahdağ Qış-Yay Turizm Kompleksinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə prezident İlham Əliyev iştirak edib. Kompleksin baş planı və eskiz layihəsi ilə tanış olan dövlət başçısına məlumat verilib ki, Şahdağ Qış-Yay Turizm Kompleksi Qusar rayonunun mərkəzindən 30 kilometr şimalda yerləşəcək.

Dövlət başçısı gilizi kompleksin bünövrəsinə buraxıb, beton qarışığı töküb. Sonra prezident İlham Əliyev kompleksin maketinə baxıb.

Planlaşdırılan tikinti sahəsi Şahdağ Milli Parkının ərazisindədir. Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisi dağ xizək idmanı, digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacaq. Kompleksin ərazisində tennis, futbol və basketbol meydançaları, örtülü idman qurğuları, aquapark və hovuzlar, əyləncə-oyun kompleksləri olacaqdır, istirahətə gələnlərə piyada və at ilə gəzinti və digər xidmətlər təklif ediləcək. Kompleksdə müxtəlif uzunluqda 21 buraz yolu çəkiləcəkdir. Burada xizəkçilərin tam təchizatla xizək yolunun zirvəsinə çatdırılması üçün kürsü tipli qaldırıcı qurğulardan istifadə olunacaq. Xizək yolları müxtəlif mürəkkəblik dərəcələrində layihələndirilib.

Ümumi sahəsi 2 min hektardan çox olan kompleksin tikintisi 4 mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə vacib kommunikasiya xətləri çəkiləcək, 11 qaldırıcı, xizək yolları, süni göl və qar avadanlığı quraşdırılacaq. 312 yerlik beşulduzlu, 346 yerlik dördulduzlu, 282 yerlik üçulduzlu hotellərin və kiçik yaylaq evlərinin, kotteclərin tikilməsi planlaşdırılır.

İkinci mərhələdə qaldırıcılar şəbəkəsinin və mədəni-idman qurğularının, kotteclərin tikintisi və bağların salınması nəzərdə tutulur.
Üçüncü mərhələ isə, əlavə xizək yollarının salınmasını və yaşayış zonasının genişləndirilməsini əhatə edir. Avstriyalı mütəxəssislərin layihəsi əsasında bütün fəsillərdə qar yağdırmaq üçün xüsusi aparat və su anbarı yaradılacaq. Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə tikiləcək mərkəzdə 5 min işçi çalışacaq.

Kompleksdə ticarət mərkəzləri, restoranlar, əyləncə, xidmət və məişət obyektləri, o cümlədən avtomobillər üçün yerüstü və yeraltı dayanacaqlar tikiləcək.

2011-ci ildə başa çatacaq tikinti işlərinə nəzarəti Mədəniyyət və Turizm Nazirliyi həyata keçirəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG