Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:40

Dələduzluqda təqsirləndirilən elmlər namizədi məhkəmə qarşısındadır


Sentyabrın 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə fizika və riyaziyyat və fizika elmləri namizədi Zülfi Babayevin məhkəməsi başlayıb.

Zülfi Babayev vəzifə saxtakarlığında, vəzifədən sui-istifadə etməkdə və dələduzluqda təqsirli bilinir.

İbtidai istintaqın gəldiyi qənaətə görə, dosent distant (elektron) təhsil almaq istəyən 57 gənci saxta yolla Ümumdünya Texnologiya Universitetinin Bakıda qeyri-qanuni yolla açdığı təhsil mərkəzinə qəbul edib. Buna görə həmin gənclərdən müxtəlif məbləğlərdə pul alıb.

Məhkəmə qarşısında ifadə verən dosent isə ittihamları rədd edib. O deyir ki, Rusiyada fəaliyyət göstərən Ümumdünya Texnologiya Universitetinin Bakıdakı «NAD» mərkəzini həmin universitet rəhbərliyinin rəsmi razılığı əsasında açıb. Tədris Mərkəzi həmin universitetin sahibi tərəfindən ona verilmiş etibarnamə əsasında fəaliyyət göstərib. Təhsil haqları rəsmiləşdirilib və aybaay pul ödəyən tələbələrə qəbzlər verilib. Tədris Mərkəzində bir sıra tanınmış alimlər də dərs deyirmiş. Dosent həbsini sifarişli sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG