Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:36

Jurnalistlərin iddiasına gələn ay baxılacaq


Bu il mayın 10-da keçirilən Gül bayramında polis zorakılığına məruz qaldıqlarını iddia edən jurnalistlərlə bağlı sentyabrın 18-də Səbail Rayon Məhkəməsində proses başlayıb. Amma hakim cavabdeh tərəfin gəlmədiyini əsas gətirərək prosesin oktyabrın 14-nə qədər təxirə salındığını elan edib.

Polis təzyiqlərilə üzləşdiklərini deyən jurnalistlərdən Elçin Həsənov bildirir ki, Gül bayramına etirazlarla bağlı reportaj hazırlayarkən Səbail rayon 39-cu polis bölməsinin üç əməkdaşı onlara zor tətbiq edib, fəaliyyət göstərmələrinə imkan verməyiblər.

Bundan sonra “Yeni Müsavat” qəzetinin əməkdaşı Əfqan Muxtarlı və “Azadlıq” qəzetinin müxbiri Natiq Güləhmədoğlu da həmin polislərin cəzalandırılması tələbilə məhkəməyə müraciət ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG