Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:31

Prezident cinsi azlıqların müdafiə olunacağına söz verib


Serbiya prezidenti Boris Tadic söz verib ki, cinsi azlıqların planlaşdırdıqları yürüşə müdaxilə edən hər bir ekstremist qrupa qarşı sərt tədbirlər görüləcək.

Prezident xəbərdarlıq edib ki, hər hansı zorakılığa dözməyəcəklər və Serbiya qanunlarına sözsüz əməl olunmalıdır.

Serbiyanın Daxili İşlər naziri də bildirib ki, yürüş iştirakçılarını minlərlə polis qoruyacaq.

Bu bazar günü Serbiyanın son səkkiz illik tarixində ilk dəfə cinsi azlıqdan olan kişilərin yürüşü keçirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG