Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:05

İtaliya Əfqanıstandan çıxmaq istəyir


İtaliya Əfqanıstandan qoşunlarını tezliklə çıxarmaq niyyətindədir. İtaliyanın baş naziri Silvio Berluskoni dünən Kabildə 6 italiyalı əsgərlərin ölməsindən sonra belə deyib.

Baş nazir bununla belə bildirib ki, qoşunların çıxarılması ilə bağlı istənilən qərar İtaliyanın müttəfiqləri ilə müzakirə olunacaq.

Əfqanıstanda Britaniya qüvvələrinin komandanı, general-leytenant Graim Lamb isə “İndependent” qəzetinə müsahibəsində deyib ki, münaqişəyə son qoymağın əsas yolu Talibanla danışıqlar aparmaqdır.

Bu bəyanatdan əvvəl Britaniya ordusunun rəsmisi dünən xəbərdarlıq edib ki, ittifaqın Əfqanıstanda məğlubiyyəti dünyada ekstremistlərə “qızışdırıcı təsir” göstərə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG