Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:45

NATO-ABŞ-Rusiya üçlü müdafiə sistemi yaradıla bilər


NATO alyansının baş katibi Rusiyanı raketdən müdafiə sistemləri yaratmaq üçün birgə işləməyə çağırıb. O, ABŞ, NATO və Rusiya arasında bu sahədə əməkdaşlığın mümkünlüyünə diqqət çəkib.

Anders Fogh-Rasmussen bu barədə fikirlərini bu gün NATO-nun Rusiyaya dair çıxışı zamanı səsləndirib. Bundan bir gün əvvəl Vaşinqton da Rusiyanı qəzəbləndirən Avropada yeni raketdən müdafiə sistemləri yaratmaq planını təxirə saldığını elan edib.

Rasmussen deyib ki, Rusiya və onun rəhbərlik etdiyi alyans ümumi təhlükə mənəbələrini müzakirə etməlidir:

- İnanıram ki, NATO və Rusiya bizim praktiki əməkdaşlıq sahələrini yenidən dirçəltməyi nəzərdən keçirməlidir. Bizim eyni təhlükə ilə üzləşdiyimiz bütün iqtiqamətlərdə, eləcə də başqa bütün sahələrdə əməkdaşlığımız olmalıdır.

Rusiyanın NATO-dakı nümayəndəsi Dmitri Raqozin Rasmussenin çıxışını “müsbət və konstruktiv” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG