Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:45

«Eurovision»dan Azərbaycanla bağlı daha bir qərar


«Eurovision» mahnı müsabiqəsinin keçirilməsi üzrə məsul komitə – Nəzarət Qrupu yarışma vaxtı İctimai Televiziyanın (İTV) Ermənistan musiqiçilərinin sms nömrəsinin üstünü örtməsi ilə bağlı ittihamları müzakirə edib.

Qrup bildirib ki, əgər bu ittihamlar təsdiqlənərsə televiziya cəzalandırılacaq.

Bundan əvvəl İTV AvropaYayım Birliyinə (EBU) azad və ədalətli səsvermə ilə bağlı öhdəliyinə sadiq olduğunu bildirib. İTV iki nəfərin Milli Təhlükəsizlik Nazirliyinə çağırılsa da, bilavasitə müsabiqədə səsvermə ilə bağlı heç kimin rəsmi, yaxud qeyri-rəsmi sorğu-sual edilmədiyinə zəmanət verib.

EBU İTV-nin yarışma vaxtı erməni müğənnilərinin sms nömrəsinin üstünü örtməsi ilə bağlı son qərarını iki həftə ərzində açıqlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG