Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:43

İsrail səfirliyi qarşısında etiraz aksiyası keçirilib


Sentyabrın 18-də İsrailin Azərbaycandakı səfirliyinin qarşısında bu ölkənin Fələstin siyasətinə etiraz aksiyası keçirilib. Bu barədə AzadlıqRadiosuna aksiyanı keçirən Milli-Mənəvi Dəyərlər İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Ramin Bayramov məlumat verib.

Aksiyada İsrail əleyhinə müxtəlif şüarlar səslənib.

R.Bayramovun sözlərinə görə, onlar aksiyanın qətnaməsini oxuyan ərəfədə polis aksiyaya müdaxilə edib. Aksiya iştirakçılarından 34 nəfər saxlanılıb.

R.Bayramovun dediyinə görə, hazırda birlik sədri Mehdi Məmmədov da daxil olmaqla Yasamal rayon polis şöbəsindədirlər.

Adı çəkilən polis şöbəsindən isə bu barədə məlumatı təkzib etdilər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə hadisə barədə məlumatlı olduqlarını dedi. Onun sözlərinə görə, bir qrup şəxs İsrail səfirliyi qarşısında aksiya keçirməyə cəhd etsə də, polis bunun qarşısını alıb. Aksiya iştirakçılarından bir neçə nəfər saxlanılıb və onalrdan izahat alındıqdan sonra hamısı sərbəst buraxılıb. Amma birliyin mətbuat xidmətindən bildiriblər ki, saxlanılanlar hələ buraxılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG