Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:48

Amerika raket sistemi planından əl çəkdi


Amerika Şərqi Avropada raketdən müdafiə sistemi qurmaq planlarından əl çəkib. Çexiyanın baş naziri Yan Fişer deyir ki, bu barədə ona Amerika prezidenti Obama bildirib. Obama Fişerə ötən gecə zəng edib.

Polşa deyib ki, Vaşinqtonun son qərarı onlara məlumdur, amma bu haqda Amerikanın rəsmi açıqlamasını gözləyirlər.

Amerikanın keçmiş prezidenti Buşun planına görə, Çexiyada və Polşada raketdən müdafiə sistemi qurulmalı idi. Amerika bunun İrandan və Şimali Koreyadan gələn təhlükələrə qarşı yönəldiyini deyirdi. Rusiya plana qarşı çıxır və bunun onun milli təhlükəsizliyinə qarşı istiqamətləndiyini bildirirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG