Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:20

Sel cəzaçəkmə müəssisəsinin binasına doldu


Güclü yağış Kəngərli rayonuna ciddi ziyan vurub

Güclü yağış Kəngərli rayonuna ciddi ziyan vurub

Sentyabrın 16-sı axşam saatlarından etibarən Naxçıvan ərazisində yağan güclü yağış Kəngərli rayonunun əkin və yeni salınmış bağ sahələrinin bir hissəsinə ciddi ziyan vurub.

Güclü yağış yeni istifadəyə verilmiş Naxçıvan-Sədərək beynəlxalq magistral yolunu sel sularından qorumaq üçün quraşdırılan su drenajlarının bəzilərini də yararsız hala salıb.

Sel Kəngərli rayon ərazisində yerləşən Qarışıq Tipli Cəzaçəkmə Müəssisəsinin inzibati binalarına da dolub. Ərazini sulardan təmizləməyə çalışan Naxçıvan Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının verdikləri məlumata görə, binalara bir metr hündürlüyündən çox su dolub. Təcridxana əməkdaşları isə bildiriblər ki, hündür divarlar dustaqların qaldıqları ərazilərə suyun dolmasının qarşısını alıb.

Naxçıvan Hidrometeorologiya İdarəsindən verilən məlumata görə, həftə sonunadək bölgədə yağışlı hava şəraiti davam edəcək, bəzi ərazilərdə isə sel və daşqınların olacağı gözlənir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG