Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:31

Eurovision Azərbaycanın məsələsinə baxıb qaydaları dəyişir


AzadlıqRadiosuna göndərdiyi bəyanatda Avropa Yayım Şurası bildirir ki, Eurovision mahnı müsabiqəsində səsvermə prosesinin tam sərbəstliyini təmin etmək üçün bu ildən qaydaları dəyişəcəklər. Səsvermə prosesinin bütün məsuliyyətini Avropa Yayım birliyiyin ölkələrdəki tərəfdaşları olan telekanallar daşıyacaq.

Bəyanatda bunun səbəbi belə izah edirlir ki, indiki qaydalara əsasən səsvermənin məxviliyini pozan telekommunikasiya şirkətini cəzalandırmaq AYB-nin səlahiyyətləri xaricindədir. Ona görə də bütün məsuliyyəti yerli yayımçıların üzərinə qoyurlar. Bundan sonra qaydaları kimin tərəfindən pozmasından asılı olmayaraq yerli telekanllar cavabdeh olacaqlar.

Qaydaların dəyişilməsi haqqında qərar AYB-nin Oslodakı görüşündən, Azərbaycanla bağlı vəziyyətin müzakirə olunmasından sonra həyata keçirilir. Bəyanatda həmçinin İctimai TV-yə istinadən bildirilir ki, bu ilin Eurovision mahnı müsabiqəsində Ermənistan iştitakşılarına səs verənlər heç kim tərəfindən dindirilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG