Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:51

Kərzayi kütləvi saxtalaşdırma faktını təkzib edir


Əfqanıstan prezidenti Həmid Kərzayi prezident seçkiləri vaxtı kütləvi saxtakarlıq olduğunu təkzib edib.

İlkin nəticələrə görə irəlidə olan Kərzayi bildirib ki, əgər saxtakarlıq olubsa, «bütün dünyada olduğu kimi az olub».

O, eyni zamanda səslərin saxtalaşdırılması hallarını ədalətli araşdırmağa da çağırıb.

İlkin nəticələrə görə avqustun 20-də keçirilən prezident seçkilərində seçicilərin çoxu Kərzaiyə səs verib, 54,6 faiz səslə irəlidədir. Rəqibi, keçmiş XİN Abdulla Abdulla isə 28 faiz səs toplayıb.

Amma xüsusi komissiya seçki məntəqələrinin 10 faizində səslərin yenidən sayılmasına göstəriş verdiyindən bunu hələlik yekun nəticə hesab etmək olmaz.

Bu arada Avropa Birliyinin müşahidə missiyası sentyabrın 16-da deyib ki, 1,5 milyon seçki bülleteni (bülletenlərin təxminən 1/4-i) saxta hesab oluna bilər.
XS
SM
MD
LG