Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:24

«Azərbaycan Qafqaza böyük töhfələr verir»


«Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ münaqişənin tənzimlənməsinə təkan verir».

ABŞ dövlət katibinin sabiq müavini Riçard Armitac sentyabrın 16-da Azərbaycan Diplomatik Akademiyasındakı çıxış edərkən belə deyib.

Armitac bildirib ki, prezident Barak Obamanın administrasiyası xarici siyasətdə müdafiəyə, demokratiyaya və inkişaf amilinə xüsusi diqqət yetirir.

Birləşmiş Ştatların Avropa və Asiya dövlətləri ilə bağlı siyasətinə toxunan R. Armitac, Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji xarakter daşıdığını vurğulayıb.

O, bildirib ki, rəsmi Vaşinqton Azərbaycana Cənubi Qafqaz regionunda böyük önəm verir. Azərbaycan regionda strateji baxımdan əhəmiyyətli mövqedədir və bir dövlət olaraq Qafqaza böyük töhfələr verir.

/AzerTac/

Günün bütün mövzuları

XS
SM
MD
LG