Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 19:11

Sorğu Azərbaycanda fikir söyləməyin çətin olduğunu ortaya çıxarıb


Azərbaycan xəritəsi

Dünya üzrə aparılan rəy sorğusunun nəticələrinə görə, demokratiyanın vəziyyəti pisləşir və ona çox güclü və açıq dəstək verilməlidir.

Merilənd Universitetinin dünya üzrə ictimai fikri öyrənən qurumu olan WorldPublicOpinion.org 15 sentyabr Beynəlxalq Demokratiya Günü ilə bağlı keçirdiyi sorğunun demokratiya fəallarının qanını qaraldan nəticələrini elan edib.

Sorğunun nəticələrinə görə, siyasi dözümsüzlük dünya üzrə geniş yayılıb. Rəyi soruşulanların əksəriyyəti deyir ki, ölkələrində qeyri-populyar fikirləri azad ifadə etmək çətindir, müxalifət partiyaları öz baxışlarını ifadə edə və hakimiyyətin qərarlarına təsir edə bilmirlər.

Bu sorğu Parlamentlərarası Birliyin dəstəyi ilə (Inter-Parliamentary Union) bu il aprelin 4-dən iyunun 30-na qədər dünyanın 24 ölkəsində 21285 respondent arasında keçirilib. Ölkələr arasında Azərbaycan da var.

Azərbaycanda «Demokratik ölkədə yaşamaq sizin üçün nə qədər vacibdir?» sualına rəyi soruşulanların 54 faizi bunun çox vacib olduğunu, 25 faizi bir qədər vacib olduğunu, 13 faizi çox da vacib olmadığını, 5 faizi isə vacib olmadığını deyib.

Fikrin azad ifadə olunmasının vəziyyətini öyrənmək üçün belə bir sual verilib: «Bu ölkədə sizcə insanlar qeyri-populyar siyasi fikirləri heç bir təzyiqdən qorxmadan nə qədər azad ifadə edirlər?».

Bu suala Azərbaycanda verilən cavab belə olub:

Rəyi soruşulanların 13 faizi bunun tamamilə azad olduğunu, 39 faizi bir qədər azad olduğunu, 42 faizi isə çox da azad olmadığını deyib.

Demokratiyanın vəziyyətinə dair suallara Azərbaycanda verilən cavablar və onun başqa ölkələrlə müqayisəsi ilə aşağıdakı cədvəllərdə tanış olmaq olar.


WorldPublicOpinion.org qeyd edir ki, keçmiş sovet respublikalarında çoxluq siyasi firkin azad ifadə olunmasına o qədər ehtiraslı tərəfdar olmayıblar. Buna baxmayaraq, bəzi ölkələrdə, Rusiya, Ukrayna və Azərbaycanda bunun çox vacib olduğunu deyiblər.

«Sizin ölkədə siyasi fiqurlar öz fərqli baxılarını nə qədər tez-tez idafə edə və hakimiyyətin qərarlarına təsir edə bilirlər» sualına xüsusilə Azərbaycanda və Çində rəyi soruşulanların əksəriyyəti belə şəxslərin təsir imkanlarının məhdud olduğunu deyib.

WorldPublicOpinion.org-un keçirdiyi sorğudan gəldiyi ümumi qənaət belədir ki, bütün dünyada siyasi tolerantlığın səviyyəsi geriləyib. Amma böyük çoxluq demokratiyanın bərqərar olunmasına tərəfdardır.

«Sizin demokratik ölkədə yaşamağınız nə qədər vacibdir?» sualına heç bir ölkədə bunun vacib olmadığını deyən olmayıb. Bütün ölkələrdə rəyi soruşulanların 90 faizi demokratik ölkədə yaşamaq istədiyini deyib.

WorldPublicOpinion.org hesab edir ki, dünya boyunca demokratiyaya çox güclü və açıq dəstək verməyə kəskin ehtiyac var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG