Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:56

Prezident Allahşükür Paşazadəyə meydan bağışladı


Avqustun 26-da Allahşükür Paşazadənin 60 yaşı tamam olub

Avqustun 26-da Allahşükür Paşazadənin 60 yaşı tamam olub

Özbəkistanın prezidenti İslam Kərimov Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadəyə ad günü münasibətiıə Səmərqənd şəhərində Registan meydanının qızıldan maketini bağışlayıb. Hədiyyəni şeyxə Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşev təqdim edib.

Bu haqda AzadlıqRadiosuna Qafqaz Müsəlmanları İdarəsinin sözçüsü Rəhimə Dadaşova məlumat verib.

Avqustun 26-da Allahşükür Paşazadənin 60 yaşı tamam olub. Onun şeyxülislam vəzifəsinə təyinatından isə 30 il keçir. Ad günündə Allahşükür Paşazadəyə Azərbaycanın, Rusiyanın, Belarusun da prezidentlərindən təbrik məktubu alıb. İlham Əliyev həmin gün Paşazadəyə «Şərəf» ordeni verib.

ŞEYX ROMA PAPASINI DOĞUM GÜNÜNƏ ÇAĞIRIB

Əsas hədiyyələr isə iki aydan sonra olacaq. Rəhimə Dadaşova deyir ki, noyabrın 5-6-da Bakıda A.Paşazadənin doğum günü münasibətilə dövlət səviyyəsində ad günü və konfrans keçiriləcək.

Ad gününə Rusiya, Latviya, Türkmənistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, İordaniya, İran və Suriya prezidentləri, Orta Asiya ölkələrinin liderləri, Rusiyanın Baş naziri dəvət olunub

Bundan başqa, tədbirə Rusiya və Gürcüstan patriarxları, Roma papası, Varfolomey kilsəsinin nümayəndələri dəvət olunublar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG