Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:10

«İtirilmiş Rəmz» kitabı dünya rekordlarına gedir


Çap tarixində ən çox oxunan roman rekordunu vurmalı kitab bütün dünyada satışa çıxarılıb
Çap tarixində ən çox oxunan roman rekordunu vurmalı kitab bütün dünyada satışa çıxarılıb
Çap tarixində ən çox oxunan roman rekordunu vurmalı kitab bütün dünyada satışa çıxarılıb.

Londonda «Tesco» mağazası dəqiqəyə 19 kitab satır.

Bu kitab «Da Vinçi kodu»nun müəllifi Dan Braunun səbirsizliklə gözlənən növbəti kitabıdır, adı da «İtirilmiş rəmz»dir («Lost Symbol»).

«Da Vinçi kodu»ndakı kimi yeni kitab da dini rəmzlərin, işarələrin tamamilə gözlənilməz izahları barədədir.

Braunun kitablarını nəşr edib-satan «Transworld» nəşriyyatı kitabın uğuruna o qədər arxayındır ki, 1 milyon nüsxə çap edib. Kitab tarixində heç kim yeni kitabı bu sayda çap etməyib.

Britaniyanın «Guardian» qəzeti yazır ki, «Da Vinçi kodu» kitabının Britaniyada 5 milyon nüsxəsi satılmışdı. Yeni kitab bu rekordu vuracaq.

Həm yazıçı, həm də jurnalist olan 45 yaşlı Braun Amerikanın Nyu Hempşir ştatında doğulub. Atası riyaziyyat professoru, anası musiqiçidir.

Braun «Da Vinçi kodu» kitabının təkcə Britaniyadakı satışından 63 milyon funt sterlinq qazanıb.

Amerikada isə «Da Vinçi kodu» kitabı 8 milyon nüsxə ilə satılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG