Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:07

Baykalın Ermənistan layihəsinə etirazları

  • Fikrət Bila («Milliyet» qəzetinin Ankara təmsilçisi)

Dəniz Baykal
Xarici İşlər naziri Ahmet Davutoğlunun CHP lideri Deniz Baykalla onun lideri olduğu partiyanın qərargahında görüşərək Ermənistanla bağlı cərəyan edən proseslərə dair məlumat verməsi doğru bir davranış idi. Hökumətlə müxalifətin dialoq problemi yaşadığı bu günlərdə Davutoğlunun həyata keçirdiyi bu metod müsbət atmosfer yaratdı. Davutoğlunun göstərdiyi bu diqqətə görə Baykalın məmnun olduğunu deyə bilərik. Əlbəttə, bu məmnuniyyət Ermənistanla imzalanan protokolların məzmununun CHP lideri tərəfindən də təsdiq edildiyi mənasını daşımır.

KAŞ DAHA ƏVVƏL OLSAYDI

Əvvəlcə metodun üzərində duraq. Hökumətin milli xarakter daşıyan problemlərdə, xüsusilə, xarici siyasət sahəsində müxalifətə məlumat verməsi, hətta müştərək siyasət yaratmağa cəhd etməsi - ölkənin mənafeyinədər. Baykal daha əvvəl Davutoğlunun onunla görüşərək proseslər barədə məlumat verdiyini, dünənki görüşün bunun davamı xarakterində olduğunu demişdi. Baykal bu görüşdən razı qalmaqla birlikdə, protokollar parafə ediləndən sonra deyil, siyasət yaradılarkən bu görüşün baş tutmasının daha yaxşı olacağını da bildirdi.

NECƏ HƏYATA KEÇİRİLƏCƏK?

Baykal-Davutoğlu görüşü ictimaiyyətə düzgün məlumat verilməsi nöqteyi-nəzərindən də faydalı oldu. Belə ki, Baykalın açıqlamalarından Ermənistanla sərhəddin açılması təqviminin necə işləyəcəyi də anlaşıldı.

13 oktyabrda protokollar imzalanacaq, ancaq həyata keçirilə bilməsi üçün Məclisin təsdiqi lazım olacaq. Bu nöqtədə Baykal önəmli bir məlumatı da ictimaiyyətlə bölüşdü. Davutoğlu Baykala deyib ki, protokollarda olmamasına baxmayaraq, bu prosesdə Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxacaq, bu iş başlamasa, sənədlər Türkiyə Böyük Millət Məclisinə təqdim edilməyəcək. Baykalın bu formulu düzgün hesab etmədiyi də açıq-aşkardır.

BAYKALIN ETİRAZLARI


Bu məsələ də daxil olmaqla, CHP lideri etirazlarını belə ifadə etdi:

1. Sərhədlərin açılması qərarlaşdırılıb. Ancaq bunun üçün Ermənistanın işğal etidiyi Azərbaycan torpaqlarından çıxması barədə xüsusi maddə yoxdur. Demək, protokollar 13 oktyabrda imzalanacaq, Məclisdə saxlanacaq və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması gözlənəcək. Yaxşı, çıxmasa nə olacaq? Bu, məlum deyil. Böyük ehtimalla, 24 aprel yaxınlaşanda Ankara yenə «soyqırımı» təzyiqi altına alınacaq və «soyqırımı layihəsi»nin ABŞ Konqresindən keçməsini istəmirsinizsə, protokolları təsdiq edin» deyiləcək. Bu da protokolların etibarlı olmadığını göstərir.

2. Ermənistan 1921-ci il Qars sazişini tanımır. Protokollarda Türkiyə-Ermənistan sərhəddi ilə bağlı ifadələr olsa da, Qars sazişinin qəbul edilməsi açıq şəkildə yazılmayıb. Qars sazişinin Naxçıvan üzərində Türkiyəyə verdiyi qarantorluqdan da sazişdə heç bəhs edilməyib.

3. Protokolda Ermənistanın «soyqırımı» iddialarından vaz keçməsinə dair bir maddə də yoxdur. Yerevan, Türkiyənin «soyqırımı» yapdığına dair iddiaları yenə dünyanın gündəliyində saxlamağa və Türkiyəyə təzyiq göstərtdirməyə davam edəcək.

Bir iqtidar-müxalifət konsensusu ilə nəticələnməsə də, Baykal-Davutoğlu görüşünün ictimaiyyətin məlumatlandırılması və müxalifətlə dialoq baxımından faydalı olduğu açıq-aşkardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG