Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:03

Prezident seçkilərinin nəticələri açıqlanacaq


Əfqanıstanın Müstəqil Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələrini sentyabrın 16-da günortadan sonra açıqlayacaq.

Səslər tam hesablanmazdan əvvəl prezident Həmid Kərzayinin 54 faizdən artıq səslə irəlidə, əsas rəqibi Abdulla Abdulla isə 28 faiz səs topladığı bildirilirdi.

Ancaq avqustun 20-də keçirilən seçkilərin çox saylı qanun pozuntusu ilə müşayiət olunduğu bildirilir.

Avropa Birliyinin Əfanıstandakı Seçki Müşahidə Missiyasının rəhbəri Dimitra İonnou bu gün təxminən 1.5 milyon səsin saxta hesab oluna biləcəyini qeyd edib.

O, şübhəli səslərin 1,1 milyonunun Kərzayiyə, 300 minin isə əsas rəqibi Abdullaya verildiyini bildirib.

Qalan səslər digər namizədlərin payına düşür.

Günün bütün mövzuları

XS
SM
MD
LG