Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:38
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakiməsi keçirilən Nigeriya vətəndaşı, Bakıya müğənnilik etmək həvəsi ilə gəlmiş Mutiu Olovu məhkəmənin nəzərinə çatdırıb ki, həbs olunandan sonra saxlanıldığı istintaq təcridxanasında işgəncələrə məruz qalıb.
«Azərbaycan Hava Yolları» QSC-nin («AZAL») İnternet səhifəsinə müdaxilə edərək şirkətə 100 min manat ziyan vurmaqda təqsirləndirilən Azərbaycan və Nigeriya vətəndaşlarından ibarət dəstənin məhkəməsi davam edir.

İş üzrə 8 azərbaycanlı, Nigeriya Federativ Respublikasından Mutiu Olovu və hazırda şəxsiyyətləri istintaqla araşdırılan və xaricdə yaşayan əcnəbilər ittiham olunurlar. Bildirilir ki, onlar «Azərbaycan Hava Yolları» QSC-nin rəsmi İnternet səhifəsinə, yəni qanunla qorunan kompyuter informasiyasına qeyri-qanuni daxil olub, ABŞ və başqa xarici ölkə vətəndaşlarına məxsus kredit kartlarından qanunsuz istifadə ediblər.

«AZAL»a 100 min manatdan çox ziyan vurublar.

Cinayət işi üzrə Beynəlxalq Bank və «Kapitalbank» da zərərçəkmiş kimi tanınıblar.

Təqsirləndirilənlərin heç biri özünü ittihamlar üzrə təqsirli bilməyiblər.

Nigeriyalı müğənni Mutiu Olovu bildirib ki, onun barəsində ibtidai istintaq düzgün araşdırılmayıb. Buna görə də məhkəmə yanlış istiqamətdə gedə bilər:

«Burada Azərbaycan Beynəlxalq Bankının nümayəndələri iştirak edir və bunların mənim işimə heç bir adiyyatı yoxdur. Mən «Azərbaycan Hava Yolları»ndan nümayəndənin burada iştirak etməsini tələb edirəm. Çünki mənim işimin onlarla əlaqəlidir».

Hakim bildirib ki, Beynəlxalq Bankın nümayəndəsi başqa şəxslərin işi üzrə burada iştirak edir:

«Azərbaycan Hava Yolları»ndan nümayəndənin isə burada iştirak etməsini araşdırmırıq. Əgər məhkəmə istintaqı zamanı onların burada iştirak etməsinə zərurət yaranarsa, bu məsələyə baxılar».

Nigeriya vətəndaşı isə işinə ədalətli baxılmasını xahiş edib.

Proses davam edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG