Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:19

«Gizlicə iş otağına girib qumbaranı cibinə qoydum…»


Sabir Hüseynovun mühakiməsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilir

Sabir Hüseynovun mühakiməsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilir

«Cərrahla xəstəxanada işləyən arvadım və baldızım arasında mübahisə olmuşdu. Onların qisasını almaq qərarına gəldim və gizlicə onun iş otağına girərib qumbaranı cibinə qoydum». Bunu ibtidai istintaqa verdiyi ifadəsində sentyabrın 16-da məhkəmə qarşısına çıxarılan keçmiş «OMON»-çu (Xüsusi Təyinatlı Polis Dəstəsi) Sabir Hüseynov bildirib.

Sabir Hüseynovun mühakiməsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilir.

İttiham aktında qeyd olunur ki, 40 yaşlı Sabir Hüseynov ötən il noyabrın 25-də cərrah Rəvayət Mütəllimovun cibinə qumbara atıb. Buna, cərrahla Hüseynovun xəstəxanada işləyən həyat yoldaşı və baldızı arasında yaranmış mübahisə səbəb olub.

Müəyyən edilib ki, növbədən çıxan həkim - cərrah Rəvayət Mütəllimov otaqdakı şkafdan köynəyini götürərkən, onun arasında parçaya bükülmüş ağır bir əşyanın olduğunu aşkar edib. Əşyaya baxmaq istərkən qumbara detonatorunun açılmasınına oxşar səs eşidib və dərhal onu kənara atıb.

Əşyanın partlaması nəticəsində, Rəvayət Mütəllimov və orada olan tibb bacısı Reyhan Pirquliyeva ağır bədən xəsarətləri alıblar. Zərbə dalğasından qapı və pəncərələr sınıb, otaqdakı inventarlar yararsız hala düşüb.

İstintaq orqanı Sabir Hüseynova qarşı Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki nəfəri öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələr irəli sürüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG