Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:59

BMT İsraili tənqid edib


Qəza münaqişəsi zamanı hər iki tərəf hərbi və insanlığa qarşı mümkün cinayətlər törədib. BMT-nin fakt araşdırma missiyası bildirib ki, İsrailin müdafiə qüvvələrinin hərəkəti hərbi cinayətkarlıqla bərabər tutulur və onlar insanlığa qarşı bəzi cinayətlər törədiblər.

Hesabatda o da qeyd olunur ki, Həmas yaraqlılarının İsrailə atdığı raketlərin hədəfi hərbiçilər olmayıb, bu hərbi cinayət, insanlığa qarşı cinayət hesab oluna bilər.

Fakt araşdırma missiyasına Cənubi Afrikadan olan hakim Riçard Goldston rəhbərlik edib.

575 səhifəlik hesabatda İsrail və Fələstin ittihamları diqqətlə araşdırmağa çağırılır.

Əgər tərəflər araşdırmadan imtina edərsə, hesabat BMT Təhlükəsizlik Şurasına sübutları Haaqa məhkəməsinə yönəltməyi tövsiyə edir.

İsrail hesabatı qəbul etməyib, onun «bir tərəfli» olduğunu deyib. Həmas da hesabatın «balanslı» olmadığını bildirib.

XS
SM
MD
LG