Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:30
Türkmənistan paytaxtı Aşqabad yaxınlığında yaşayan və məktəbdə tarix müəllimi işləyən Sazak Durdumuradovu keçən il ruhi dispanserə salmışdılar.

O heç bir partiyanın üzvü deyil, sadəcə, məktəbdəki problemlər və ümumiyyətlə cəmiyyətdəki özbaşınalıqlar haqda prezidentə, nazirlərə şikayət məktubları yazırmış.

“Iyunun 20-də mənim evimə polis gəldi - sahə müvəkkili. Dedi ki, qardaşın səndən şikayət edib – sizin mübahisəli eviniz var. Polisə gəlməlisən ki, bu məsələni aydınlaşdıraq.

Dedim gələrəm. Polisə gedəndə həqiqətəm də qardşımın imzası ilə şikayət ərizəsi gördüm. Amma onu mənim haqqında şikayət yazmağa məcbur etmişdilər. Evə çox əsəbi qayıtmışdım, təzyiqim qalmışdı, yataqda idim”.

TÜRKMƏNİSTANDA PARTİYA YARATMAQ İSTƏYİNİN AXIRI

Durdumuradov danışır ki, yataqda olduğu vaxt birdən qapı döyülüb, qapını açanda içəri ağxalatlılar daxil olub.

“Onlardan birinin adı Murad Atayev idi. O məni Büzmeyin şəhərinə apardı. Orda mənimlə söhbət etməyə başladılar. Tibb İnstitutundan 8 müəllim gəlmişdi. 2 qadın və 6 kişi.

Sazak Durdumuradov şagirdləri ilə birlikdə

Mənimlə danışmağa başladılar, onu da soruşdular ki, sən niyə prezidentə şikayət məktubu yazırsan? Niyə Azadlıq Radiosu ilə əməkdaşlıq edirsən, onlara müsahibə, şərh verirsən? Guya ki sən şikayət etməsən, o problemlər düzəlməyəcək? Mən onlara söylədim ki, mən öz partiyamı yaratmaq istəyirəm – o partiya xalqa xidmət edəcək.

Bu yerdə onlar özlərindən çıxdılar. Nə partiya deyə bağırdılar, çıx bayıra! Gözlə. Bundan sonra qərar verdilər ki, məni Boyunı Uzun şəhərindəki ruhi dispanserə göndərsinlər”.

Sazak Durdumuradovu ruhi dispanserdə iki həftə saxlayıblar. İndi artıq əvvəlki həvəslə şikayət məktubu yazmır, müsahibə vermir.

RUHİ XƏSTƏXANADAN ÇIXAN KİMİ MÜHACİRƏTƏ

Türkmənistan kimi Özbəkistanda da siyasi və ictimai fəal olmaq qorxuludur.

Xüsusən əgər siz hüquq müdafiəçisinizsə, ruhi dispanserə düşmək risqiniz artır. Yelena Urlayeva belələrindəndir. 2000-ci ildən bəri – insan hüquqlarının müdafiəsi ilə məşğul olmağa başlayandan bəri onu iki dəfə məcburən ruhi xəstəxanaya yerləşdiriblər.

İslam Kərimovun qurduğu sərt avtoritar rejimdə - bu hadisə təkcə Yelena Urlayevanın başına gəlməyib. Hüquq müdafiəçisi Larisa Vdovinanı 2004-cü ildə iki dəfə məcburi müalicəyə göndəriblər.

Valeriya Novodvorskaya

Ruhi dispanserdən çıxandan sonra İsveçrəyə mühacirət edib. İsveçrədə vaxtilə ruhi xəstəxanaya salınan başqa bir hüquq müdafiəçisi Larisa Konakova da mühacir həyatı yaşayır. Bu siyahını uzatmaq da olar.

Keçmiş sovet məkanında siyasi opponentlərin ruhi xəstəxanaya salınması təcrübəsi Belorusda da nadir hadisə deyil.

Sonuncu dəfə 2 il qabaq ictimai fəal, prezident Lukaşenkonun qurduğu avtoritar rejimi sərt tənqid edən, hökumətə qarşı aksiyalarda iştirak edən Kristina Şatikovanı qısa müddətə ruhi xəstəxanaya salmışdılar.

"KÖNÜLLÜ MÜALİCƏ HAQDA ƏRİZƏ"


60-70-ci illərdə sovet Rusiyasında antikommunist hərəkatının fəallarının ruhi xəstəxanalara salınması adi hal idi. Novodvorskaya, Bukovski və bir çoxlarına “dəli” damğası vurmuşdular.

SSRİ dağılandan sonra Rusiya demokratik islahatların ən sürətlə getdiyi keçmiş sovet respublikalarından idi. Amma axır illərdə siyasi opponentlərin və ictimai fəalların səsi yenə ruhi dispanserlərdən gəlir.

2005-ci ildə Çeboksarda şəhər dumasına üzv seçilmək üçün imza toplayan hüquq müdafiəçisi Albert İmendayev seçki komissiyasının həlledici iclasına bir neçə gün qalmış həbsə alınmışdı. Onu ruhi dispanserə yerləşdirib 9 gün sonra – namizədliklərin qeydiyyatı başa çatandan sonra azadlığa buraxmışdılar. İmendyev Çuvaşıstan prezidentinin köhnə opponentlərindəndir.

Bu ilin martında isə peterburqlu blogger Vadim Çaruşevi zorən ruhi dispanserə göndərmişdilər. O, müxalifətyönlü İnternet-icmaların yaradılması ilə məşğul idi. Müxalifət Çaruşevlə bağlı qərarı “repressiv səhiyyə” adlandırmışdı.

Sonradan azadlığa buraxılan blogger demişdi ki, ruhi xəstəxanada ona “könüllü müalicə haqda xahiş”ə imza atmasını istəyiblər, amma o imtina edib. Blogger ona xəstəxanada hədə-qorxu gəlindiyini də deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG