Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:27

Səfir: «Mehdi Kərrubi həbsdə deyil»


İranda prezidentliyə namizəd olmuş Mehdi Kərrubi həbsdə deyil.

İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami Mehdi Kərrubinin həbs olunması barədə yayılan məlumatlara münasibət bildirərkən belə deyib.

O deyir ki, sentyabrın 14-də Kərrubinin Məclisin rəhbəri Laricani ilə təxminən 2 satlıq görüşü olub.

Mehdi Kərrubi iddia edir ki, İranda etiraz aksiyaları zamanı həbs edilmiş oğlan və qızlar cinsi təcavüzə məruz qalıblar.

Məhəmməd Bağır Bəhrami: «Başqa dövlətlərdə olduğu kimi, İranda da vəzifəsindən asılı olmayaraq, hamı qanun qarşısında məsuliyyət daşıyır. Və qanunu pozan hər kəs barədə kimliyindən asılı olmayaraq məhkəmə tərəfindən araşdırma aparılır, yeri gəlsə cəzalandırılır».

Səfir deyir ki, seçkilərdən sonra İranda demokratik şərait hökm sürür. Hər kəs öz sözünü deyə bilir. Amma ölkənin ərazi bütövlüyü və milli birliyi çərçivəsində:

«İranda seçkilərdən sonra kütləvi həbslərin həyata keçirilməsi barədə yayılan məlumatlar əslində əcnəbilərin haqsızlığından başqa bir şey deyil. Dünyanın heç bir yerində seçkilərdə İrandakı kimi 85 faiz seçici iştirak etməyib».

Məhəmməd Bağır Bəhrami bildirir ki, Əhmədinejad dünyanın qoluzorlu dövlətlərinə, xüsusən də ABŞ-a qarşı dayana bildi. Nüvə enerjisi sahəsində də uğurlar qazandı. Nüvə enerjisi sahəsində sülh məqsədi ilə işlər görmək hamının haqqıdır:

«Seçkilərdən sonra əcnəbilər istəyirdilər ki, ağzımızın şirin dadını zəhərə çevirsinlər. Bunu insanların həbsi barədə yayılan xəbərlərdən də görmək olurdu. Halbuki, qanunu pozanlar sonradan televiziyalara çıxıb öz günahlarını etiraf etdilər. Hətta öldürüldüyü iddia olunan şəxslər də televiziyaya çıxıb bu xəbərlərin yalan olduğunu sübut etdilər».

Günün bütün mövzuları

XS
SM
MD
LG