Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:14

«Nabucco» layihəsi İransız reallaşmayacaq»


«Regiondan keçən kəmərlərin reallaşması kifayət qədər zəngin qaz ehtiyatlarına malik İranın iştirakı olmadan mümkün deyil. Bizim bu vaxtadək «Nabucco» layihəsində iştirakımıza mane olan qeyri-region dövlətlərindən düşmənlərimiz var. İstənilən halda İran iştirak etməsə, bu layihə həyata keçməyəcək. Biz özümüzün və region dövlətlərinin mənfəətlərini nəzərə alaraq qərar qəbul edirik».

İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami belə deyir. Səfir bu günlərdə 4 Xəzəryanı dövlətin İranın iştirakı olmadan Qazaxıstanda toplaşmasına da münasibət bildirib:

«Bizə Rusiya, Qazaxıstan və digər üzv dövlətlərin prezidentləri tərəfindən belə deyilmişdi ki, bu iclasın proqramında Xəzərin statusuna aid heç bir məsələ müzakirə olunmayacaq. Bu qeyri-rəsmi və bir neçə ölkənin özünəməxsus münasibətlərinə aid iclasdır. Beynəlxalq hüquq və bu ölkələrin öncə keçirdiyi toplantıların nəticələri tələb edirdi ki, bu məsələ 5 dövlətin iştirakı ilə həll olunsun. Bizim XİN rəhbəri digər ölkələrdən olan həmkarlarına bu mövqeyi məktubla çatdırıb».

Məhəmməd Bağır Bəhraminin sözlərinə görə, Xəzərin statusu məsələsi 70-80 faiz həll olunub. Qalan məsələlər də məhz 5 region dövləti tərəfindən həll olunmalıdır. Bu 5 ölkənin hər hansı birinin - istər İranın, istərsə də qeyrisinin iştirakı olmadan məsələ həll edilə bilməz. Gərək 5 ölkənin 5-i də bütün iclaslarda iştirak etsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG