Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:19

İranda üç azərbaycanlı fəal həbs olunub


İranda üç azərbaycanlı fəal həbs olunub. Onların ikisi İranda azərbaycanlıların hüquqlarının fəal müdafiəçilərindən Abbas Lisaninin yaxınlarıdır- biri qardaşı (Arif Lisani), digəri bacısı oğludur (Möhsün Rafii). Üçüncü şəxs isə Azərbaycan tələbə hərəkatının fəalı və İsfahan universitetinin tələbəsi Həmid Heydəridir.

Bu barədə AzadlıqRadiosuna Abbas Lisani özü məlumat verib.

Lisani bildirib ki, onları sentyabrın 14-də SEPAH-ın (İranın İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat xidməti) əməkdaşları tutub.

Həbslər Ərdəbil şəhərində bir CD və vərəqə yayıldıqdan sonra baş verir. Bu hadisə İranda sentyabrın 27-də mədrəsələrin açılmasından bir həftə əvvələ təsadüf edir. Vərəqələrdə Azərbaycan dilinin mədrəsələrdə tədris olunması tələb olunur.

Lisani İranda azərbaycanlıların ana dilində təhsil almasını istəyir. İranda 20 milyondan çox, bəzi mənbələrə görə 35 milyon azərbaycanlı var, amma Azərbaycan dilində təhsil verən məktəb yoxdur.
XS
SM
MD
LG