Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:13

İranla ABŞ rəsmiləri rəsmən eyni masanı bölüşəcək


İranla dünyanın altı güc dövləti arasında nüvə proqramı ilə bağlı danışıqlar çox güman ki, Türkiyədə keçiriləcək. Avropa Birliyinin Xarici Siyasət rəsmisi Havyer Solano belə deyib.

Solana bildirib ki, oktyabrın 1-də keçiriləcək danışıqlar ABŞ-ın rəsmən qatıldığı ilk görüş olacaq.

Danışıqlarda BMT Təhlkəsizlik Şurasının digər üzvləri- Britaniya, Fransa, Rusiya, Çin və Almaniya da iştirak edəcəklər.

Dövlət Departamentinin sözçüsü Yan Kelli deyib ki, Amerikanı görüşdə dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Börns təmsil edəcək.
XS
SM
MD
LG