Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:22

Səfir Qarabağda İran şirkətlərinin olmasını istisna etmir


İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhraminin mətbuat konfransı, Bakı 15 sentyabr 2009
İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhraminin mətbuat konfransı, Bakı 15 sentyabr 2009
«Dağlıq Qarabağa sərmayə yatıran İran şirkətlərinin olması mümkündür». Bunu İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami sentyabrın 15-də keçirdiyi mətbuat konfransında bildirib.

Jurnalistlərin İran şirkətlərinin Dağlıq Qarabağla ticarət əlaqələri qurması və İrandan oraya qaz nəql edilməsi barədə sualını cavablandırarkən səfir deyib:

«Qarabağda investisiya qoyan İran şirkətləri barədə suala cavab olaraq deyim ki, əgər bunlar dövlətə bağlı yox, xüsusi şirkətlərdirsə bizim xəbərimiz yoxdur. Və səmimiyyətlə demək istəyirəm ki, bəlkə də var. Mümkündür. Amma mənim məlumatım yoxdur. Dövlət tərəfindən heç bir şirkət ora göndərilməyib və əgər belə bir şey olsa da, Azərbaycan respublikasının əleyhinə deyil».

Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan Məhəmməd Bağır Bəhrami deyib ki, tarix boyu heç bir işğalçı işğal etdiyi yerdə qalmayıb: «Dağlıq Qarabağ öz anası Azərbaycanın qucağına qayıdacaq».

İranın Dağlıq Qarabağa qaz verməsinə gəlincə, diplomat onda belə bir məlumat olmadığını bildirib.
XS
SM
MD
LG