Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:19

ABŞ Somaliyə hava zərbəsi endirib


ABŞ Somaliyə hava zərbəsi endirib, «Əl-Qaidə»nin axtarışda olan yaraqlılarından birinin öldürüldüyü deyilir.

Məlumatda bildirilir ki, ABŞ vertolyotrunun hədəfi paytaxt Moqadişunun Barave rayonunda avtomobil olub və hava zərbəsi zamanı Saleh Əli Saleh Nabhan ölüb.

ABŞ qüvvələri şübhəlinin meyitini götürə biliblər.

ABŞ Kenya doğumlu Nabhanı 2002-ci ildə otelə hücum və İsrail təyyarəsini vurmağa cəhd ittihamları ilə axtarışa vermişdi.

Qərb təhlükəsizlik ekspertləri narahatdırlar ki, Somali Afrika buynuzu regionunda islamçı yaraqlıları üçün təhlükəsiz bölgəyə çevrilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG