Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:29

ABŞ Dövlət katibinin sabiq müavini Bakıya gəlir


ABŞ Dövlət katibinin sabiq müavini Riçard Armitac sentyabrın 16-da Azərbaycana gəlir. Bir sıra görüşlərdə iştirak edəcək R.Armitac Azərbaycan Diplomatiya Akademiyasında dəyirmi masaya qatılacaq. Akademiyadan «AzərTac»a bildiriblər ki, sabiq dövlət katibi burada Azərbaycan diplomatları, yerli və xarici ekspertlər, siyasətçilər qarşısında çıxış edəcək.

R.Armitac 1990-cı illərdə müdafiə nazirinin müavini olub, keçmiş SSRİ ölkələrinə texniki və humanitar yardım proqramına koordinatorluq edib. Corc Buş hakimiyyəti dönəmində dövlət katibinin müavini postunu tutub.

Günün bütün mövzuları

XS
SM
MD
LG